İsveçdə Urmu gölü və siyasi məhbuslar haqda fotoşəkil sərgisi keçirildi

AZOH: Sərgi Cuma günü 23 avqost İsveçin Göteborg şəhərində keçirildi. Sərgidə İsveç partiyalarının başkanlq və təmsilçi nümayəndələri o cümlədən Sosiyal Demokrat Partiyası, Yaşıllar Partiyası (miljö partiet), Solcular Partiyası (vänter partiet), Xalq Partiyası (Folk Partiet), Kris Demokrat Partiyası, İsveç Libral Qadın təşkilatının nümayəndəsi və ABF Göteborg nümayəndəsi iştirak etmişdilər.

Bu fotoşəkil sərgisi ki Güney Azərbaycan Demokrat Partiyası (GADP) və Azərbaycan Öyrənci Hərəkatı (AZOH) təşkilatçılığı ilə keçirildi, GADP-nin sözcüsü Mahmud Bilgin, AZOH-un sözcüsü Əmir Mərdani və milli fəal  Ayda xanım Kərimli qonaqları yüksək səviyyədə qarşılayıb  və ayrı- ayrılıqda bütün iştirakçılara İran rejiminin Güney Azərbaycanda yürütdüyü ayrıseçkilik siyasəti, urmu gölünün qurudulması  və siyasi məhbusların durumları haqda bilgi verərək məlumatlandırdılar. Həmçinin Urmu gölü və siyasi məhbuslar haqda GADP və AZOH tərıfindən hazırlanmış İngilis və İsveç dilində buruşorlar və kitabçalar qonaqlara təqdim olundu. Tədbirdə həmçinin Azərbaycan İsveç Federasiyonu (AFİ), Azərbaycan Evi, GAQP , BÜtöv Azərbaycan Televiziyası və başqa siyasi təşkilatlardan və milli mədəni fəallar iştirak edib və mövzü haqda öz fikirlərini bəyan etmişdilər, Bu tədbir Bütöv Azərbaycan telekanalının vasitəsi ilə lentə alınıb və TV vasitəsi ilə yayımlanacaq. Özəlliklə vurqulamaq lazımdır ki Ərəb Ələhvaz siyasi təşkilatlarından sərginin bir bölümündə xüsusi masa ayırıb və Ələhvaz Ərəblərinin problemləri və siyasi məhbuslar haqda qonaqları bilgiləndirdilər.

Təşkilatçılardan aldığımız məlumata görə belənçi sərgi və tədbirlər başqa şəhərlərdə və ölkələrdə düşünülür.

GADP

 

دیدگاه شما

<< ابتدا < قبلی 1 2 3 4 5 6 7 8 9 10 بعدی > انتها >>

صفحه 4 از 56
 3.jpg

çox baxılanlar- keçən 6 ayda

Baxıcı

mod_vvisit_counterBugün18
mod_vvisit_counterDünən22