Urmiyə gölünün qurumasına etiraz olaraq yeni nümayişlər planlaşdırılır

İnsafəli Hidayət

AZOH: Urmiyə gölünün qurumasına və İran parlamentinin gölün qurumasının qarşısının alınması ilə bağlı təklif edilən layihəni rədd  etməsinə etiraz nümayişlərinin ikinci dövrü başlaya bilər. Bunun üçün İran Azərbaycanının müxtəlif şəhərlərində xalqa müraciət və bəyanat yayılır. Azərbaycanlı siyasi fəallar Təbriz, Ərdəbil, Urmiyə, Parsabad, Muğan və digər şəhərlərdə bəyanatları yayanlar isə tutulub.

Təbrizin Traktor futbol komandasının tərəfdarları adından da bir bəyanat yayılıb. İddia edilib ki, “İran hakimiyyəti qəsdən Urmiyə gölünü qurutmaq istəyir”. Bəyanatda, futbol azarkeşləri şənbə günü insanları Təbrizdə etiraz aksiyasına qoşulmağa çağırır.

Milli Hərəkət adından müxtəlif şəhərlərdə etiraz nümayişlərinin davamı üçün müəyyən məkanlar nəzərdə tutulub. “Urmiyə şəhərində “Kaşani”, “Ətayi”, “Besət”, “Xəyyam” və “İmam” xiyabanları, “Əyalət” və “Vilayəti Fəqih” meydanlarında etirazlar keçirilməsi planlaşdırılır.

Tehrandakı azərbaycanlı fəallar da “İmam Hüseyn” və “Azadi” meydanı arasında etiraz nümayişi keçirməyi nəzərdə tutur.

İran Azərbaycanının böyük şəhərlərindən əlavə Sərab kimi kiçik şəhərlərdə  də etirazlara hazırlıq gedir.

İran Azərbaycanlıları email və internet saytlarında bəyanat yaymaqla bəzi xarici ölkələrdə də aksiyalar keçirilməsini pılanlaşdırır.

İsveçdə  yaşayan azərbaycanlılar Gutenberg şəhərində  sentyabrın 4-də  toplantı keçirəcək. Ankara şəhərində İran səfirliyi qarşısında  piket olacaq. Bakı şəhərində yerləşən İran səfirliyi qarşısında etiraz keçirilib və yeni etirazlar olacağı elan edilib.

İranda yaşayan farsların bir qrupu da bəyanat yayıb və onlar da azərbaycanlıların tələblərini müdafiə edir. Fars millətindən olan qruplar da azərbaycanlıların aksiyalarına qatılacaqlarını bildirib.

Amma, “İran Milli” adlı siyasi təşkilatının xarici bölməsi bəyanatında “bölücülük siyasətini” xatırladıb və  Urmiyə gölündən  bölücülüyə bəhanə kimi istifadə olunduğunu elan edib.

Yaşıl Hərəkatla bağlı internet saytlarında yayılan bəyanatlarda  azərbaycanlıların elan etdiyi nümayişlər dəstəklənir və bu günü “İranda olan azlıqların himayə günü” adlandırıblar.

VOA

 

دیدگاه شما

<< ابتدا < قبلی 51 52 53 54 55 56 بعدی > انتها >>

صفحه 53 از 56
 3.jpg

çox baxılanlar- keçən 6 ayda

Baxıcı

mod_vvisit_counterBugün8
mod_vvisit_counterDünən17