URMU GÖLÜNÜN QURUDULMASINA GÖRƏ İSTANBULDA AKSİYA PDF چاپ نامه الکترونیک
شنبه ۰۹ مهر ۱۳۹۰ ساعت ۲۰:۴۷

AZOH: İstanbulun mərkəzində Güney Azərbaycandakı Urmu gölünün qurumasının qarşısının alınması tələbi ilə aksiya keçirilib. APA-nın Türkiyə bürosunun xəbərinə görə, Bütöv Azərbaycan Birlik Komitəsi (BİRKOM) tərəfindən təşkil edilən aksiya Taksim meydanında başlayıb.

Aksiya iştirakçıları İstiqlal prospektində Qalatasaray meydanına qədər yürüyərək Urmu gölünün quruma təhlükəsinə qarşı İran dövlətinin radikal tədbirlər görməsini tələb edən şüarlar səsləndiriblər. Qalatasaray meydanında keçirilən mitinqdə isə aksiyanın tələbləri səsləndirilib. Aksiya iştirakçıları İran dövlətindən Urmu gölünün quruma təhlükəsinin aradan qaldırılması üçün təcili tədbirlər paketinin həyata keçirilməsini, Urmu gölünün quruma təhlükəsinə qarşı keçirilən aksiyalarda həbs edilənlərin sərbəst buraxılmasını, İran dövlətinin Güney Azərbaycanda həyata keçirdiyi şovinizm siyasətinə son qoyulmasını və 95 ildən bəri ana dildə təhsilə qoyulan yasağın ləğvini tələb ediblər.

Aksiya iştirakçıları Türkiyənin ətraf mühiti mühafizə təşkilatlarını Urmu gölünün quruma təhlükəsinə qarşı öz səslərini ucaltmağa çağırıblar.

MUSAVAT

 

دیدگاه شما

افزودن نظر

 3.jpg

çox baxılanlar- keçən 6 ayda

Baxıcı

mod_vvisit_counterBugün17
mod_vvisit_counterDünən22