Urmiya gölünün quruması ilə bağlı aksiyalarda çox sayda adam həbs edilib PDF چاپ نامه الکترونیک
چهارشنبه ۰۳ خرداد ۱۳۹۱ ساعت ۱۳:۵۰

AZOH: Polis və təhlükəsizlik qüvvələrinin nümayişləri dağıtmaq üçün gözyaşardıcı qazdan və dəyənəklərdən istifadə etdiyi bildirilir

İranda təhlükəsizlik qüvvələri və iğtişaş polisi azərbaycanlıların yaşadığı Təbriz, Urmiya, Mərənd, Marağa və Miyanə şəhərlərində Urmiya gölündə yaranmış ekoloji vəziyyətlə əlaqədar keçirilən etiraz nümayişlərini dağıdıb.

Bu haqda İranda azərbaycanlı siyasi məhbusları müdafiə komitəsi ADAPP açıqlama yayıb. Açıqlamada deyilir ki, nümayişçiləri dağıtmaq üçün dəyənəklər və gözyaşardıcı qazdan istifadə edən iğtişaş polisi və təhlükəsizlik qüvvələri onlarla adamı həbs edib.

Şahidlər Qərbi Azərbaycan vilayətinin paytaxtı Urmiyada onlarla adamın həsb edildiyini deyb. Nümayişə çıxan insanların Urmiya gölünün qurumasının qarşısını almaq üçün hökuməti tədbir görməyə çağıran şüarlar bağırdığı bildirilir.

ADAPP-ın öz mənbələrindən aldığı məlumata görə, Təbriz unviersitetində azərbaycanlı tələbələr assosiasiyasının katibi Əfsanə Toğir, azərbaycanlı fəallar Əkbər Mücahir, Həsən Mirzəxani və Məhəmməd İsgəndərzadə həbs olunanlar arasındadır.

Azərbaycanlı fəallar Hüseyn Əhmədian və Əli Əhməd İmanın nümayişlərdən bir neçə gün əvvəl həbs edildiyi bildirilir.

Urmiyə gölünün qurumasına etiraz nümayişləri 2006-cı ildə İranın azərbaycanlıların yaşadığı şəhələrində may nümayişlərinin altıncı ildönümünün tamam olduğu vaxt keçirilir.Altı il bundan əvvəl may nümayişləri zamanı təxminən on nəfər ölmüş, minlərlə insan həbs edilmişdir.

Qərbi və Şərqi Azərbaycan vilayətləri arasında yerləşən Urmiya gölünün quruması ərazidə yaşayan azərbaycanlıları böyük ekoloji fəlakət qarşısında qoymuşdur. Urmiya dünyanın böyük göllərindən biri hesab edilir.

Ətraf mühit fəallarının bildirdiyinə görə, son zamanlar göldə yaradılmış bəndlər, habelə Urmiya və Təbriz şəhərləri arasında salnımış körpü göldə suyun buxarlanmasına səbəb olmuşdur. Ekspertlərin sözlərinə əsasən, gölün quruması ərazidə yaşayan təxminən 13 milyon əhalininin həyatına öz təsirini göstərir.

Son illər azərbaycanlıların yaşadığı şəhərlərdə Urmiya gölündə yaranmış ekoloji vəziyyətlə əlaqədar keçirilmiş dinc aksiyalar İranın təhlükəsizlik qüvvələri tərəfindən dağıdılıb

VOA

 

دیدگاه شما

  1. Salam, mf6hterem Ahmed bey!Indi subut teleb edilmir ki, Azerbaycan xaqlnia qarshi terrorizm toreden, esasen orada hakimiyyetde olan Eliyevler ayilesidir!Melum meseledir ki, Siz bu fakdi hazirki meqalenizde, ve ymumiyyetle Azerbaycanda testiq ede bilmezsiniz! Cynki, Siz orada yashayadigniz ycyn, bu zaman mytlek f6zynyzde Eliyevler terefinden polkovnik Rovshen Cavadov, Afiyyedin Celilov, Shemsi Rehimov, Elchin Eliyev, Xanbabayev, Seyfel Babayev, Lacin Cavadov ve bashqa vetenperverler kimi, teror edile bilersiniz! Ancaq, bu cyr yazilarinizin derc edilmesini men beyenirem! Cynki, onlar olmasa, mende bu reyimi yazib xalqimiza catdira bilmezdim!Hormetle, DAAB sedri Mahir Cabvadov

افزودن نظر

 3.jpg

çox baxılanlar- keçən 6 ayda

Baxıcı

mod_vvisit_counterBugün44
mod_vvisit_counterDünən17