Təbrizdə Urmiya gölünə dəstək aksiyası keçirilib PDF چاپ نامه الکترونیک
چهارشنبه ۱۷ خرداد ۱۳۹۱ ساعت ۱۸:۳۵

AZOH: İyunun 4-də Güney Azərbaycanın başkəndi Təbriz şəhərində 5 iyun Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü ilə bağlı etiraz aksiyası keçirilib. Yerli vaxtla saat 20:00-da yüzlərlə azərbaycanlı tələbə və fəal Urmiya gölünün qurumasına hökumətin laqeyd münasibətinə etiraz olaraq Təbrizin Elgölü parkında toplaşaraq yürüş keçirib. Aksiyada ingilis və fars dilində «Yaşasın Azərbaycan!», «Azərbaycan var olsun, istəməyən kor olsun!», «Urmiya gölü susuzdu, Azərbaycan oyanmasa uduzdu», «Urmiya gölü can verir, dövlət onun qətlinə fərman verir!», «Urmiya gölünü qoruyaq!» və digər şüarlar səsləndirilib, müxtəlif plakatlar və həbsdə olan azərbaycanlı tələbə Əfsanə Toqirin fotosu nümayiş olunub. Sonda aksiyanın bəyanatı oxunub. Sənəddə İranda azərbaycanlılara qarşı iqtisadi, milli və mədəni sahələrdə ayrı-seçkilik siyasətinin ortadan qaldırılması, Azərbaycan dilində məktəblərin açılmasına şərait yaradılması, Urmiya gölünün qurumasının qarşısının alınması üçün gölün ətrafında tikilən sədlərin uçurulması, bütün azərbaycanlı siyasi məhbusların azadlığa buraxılması tələb olunub.

Bu arada iyunun 5-də Azərbaycan Turizm İnstitutunda (ATİ) Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü münasibətilə «Urmiya gölü – dünən, bu gün, sabah» adlı foto-sərgi keçirilib. Tədbirdə ATİ-nin tələbələri, inzibati və akademik heyətin üzvləri iştirak ediblər. Foto-sərginin keçirilməsində məqsəd Urmu gölünün tədricən quruması səbəbindən baş verə biləcək çevrə fəlakəti və ekoloji problemlər haqqında iştirakçıları məlumatlandırmaq olub. Sərgidə müxtəlif fotoqraflar tərəfindən çəkilmiş 120-dən çox şəkil nümayiş olunub. Urmiya Gölünü Mühafizə Təşkilatı tərəfindən dəstəklənən tədbir həmçinin 8 ölkənin 14 şəhərində keçirilib.

AZOH

 

دیدگاه شما

افزودن نظر

 3.jpg

çox baxılanlar- keçən 6 ayda

Baxıcı

mod_vvisit_counterBugün26
mod_vvisit_counterDünən31