Urmiyada duz fırtınası baş verib PDF چاپ نامه الکترونیک
جمعه ۲۳ تیر ۱۳۹۱ ساعت ۰۵:۴۱
AZOH: İran parlamentində Urmiya şəhərini təmsil edən Nadir Qazipur ötən günlərdə Urmiyada duz fırtınasının baş verməsi xəbərinin həqiqət olduğunu bildirib. Azərbaycanlı deputat deyib ki, Urmiya gölü və ətraf ərazilərdə əsən küləklər təbii olaraq özü ilə duz gətirir: «Bu səbəbdən demək olar Urmiyada duz fırtınası baş verir. Bu küləklərin Urmiyaya təsiri azdır. Külək əsasən Şərqi Azərbaycan əyalətinə tərəf əsir və daha çox Təbriz, Şəbüstər, Əcəbşir və s. şəhərləri təhlükə qarşısında qoyur». Nadir Qazipur Urmiya gölünün 60-70 faiz quruduğunu xatırladaraq bildirib ki, göl böhranla qarşı-qarşıyadır: «Ona görə də böhrandan çıxmaq üçün lazımi tədbirlər görülməlidir».
 

دیدگاه شما

افزودن نظر

 3.jpg

çox baxılanlar- keçən 6 ayda

Baxıcı

mod_vvisit_counterBugün64
mod_vvisit_counterDünən15