İran rəsmisindən acı etiraf PDF چاپ نامه الکترونیک
پنجشنبه ۰۵ مرداد ۱۳۹۱ ساعت ۰۴:۳۸

AZOH: «Hazırda Urmiya gölündə vəziyyət çox gərgindir və bu göldə ekoloji fəlakət baş verir». Bunu İranın Ətraf Mühitin Qorunması Təşkilatı rəhbərinin müavini Əsğər Məhəmmədi Fazil bildirib. Onun sözlərinə görə, əgər bu vəziyyət dəyişməzsə, gələcəkdə baş verə biləcək fəlakətlər iqtisadi və ictimai asayişi pozmaqla yanaşı, təhlükəsizlik sahəsində də problemlər yarada bilər: «Urmiya gölüylə bağlı ciddi problemlər mövcuddur ki, onlardan gölə axan suların əkinçilər tərəfindən qanunsuz mənimsənilməsi, bəndlərin tikilməsi, gölə aid ərazidə qanunsuz tikililərin inşasını nümunə kimi göstərmək olar. Bu, milli məsələdir və tez bir zamanda həmin gölün problemləri həll olunmaldır. Bu məsələnin həllini milli səviyyədə həyata keçirə bilməsək, gələcəkdə bizi çox ciddi problemlər gözləyir».

Xatırladaq ki, İran prezidenti və hökumət nümayəndələrinin 2010-cu ildə Təbrizə səfəri zamanı Araz çayının suyunun Təbrizdəki səhralığa və Urmiya gölünə axıdılması layihəsi təsdiq olunmuşdu. Araz çayından Urmiya gölünə 600 milyon kubmetr su axıdılması nəzərdə tutulur. Bu layihənin reallaşdırılması üçün 1,2 milyard dollar sərmayə yatırılması nəzərdə tutulub. İran hökuməti 2011-ci ilin sentyabr ayında Urmiya gölünün qurumasının qarşısının alınması üçün görüləcək tədbirlərə ümumilikdə 900 milyon dollar vəsait ayırmışdı. Urmiya gölünün sahəsi təxminən 6 min kvadratkilometrdir. Köçəri quşlar miqrasiya zamanı bu göldən fasilə məntəqəsi kimi istifadə edir. Fasiləsiz quraqlıq səbəbindən Urmiya gölü tədricən dayazlaşır, sahəsi isə azalır. Bu isə təkcə bitkilərə deyil, eləcə də heyvanlara təsir göstərir. Urmiya gölündə hazırda hər 1 litr suda 330 qram duz mövcuddur. Bu rəqəm əvvəllər 160-170 qram təşkil edib. Hazırda bu gölün 1/3-i quruyub və şoranlığa çevrilib.

 

دیدگاه شما

افزودن نظر

 3.jpg

çox baxılanlar- keçən 6 ayda

Baxıcı

mod_vvisit_counterBugün24
mod_vvisit_counterDünən69