Urmiya gölündə duz fırtınaları başlayıb PDF چاپ نامه الکترونیک
جمعه ۲۰ مرداد ۱۳۹۱ ساعت ۱۴:۱۷

AZOH: Uzun müddətdir Urmiya gölündəki ekoloji fəlakət və bu fəlakətdən doğacaq böhran Azərbaycan mətbuatının gündəmindən düşmür. Fars şovinist rejiminin Urmiya gölüylə bağlı apardığı qərəzli siyasət dəfələrlə azərbaycanlıların kütləvi etirazına səbəb olub və bu mübarizə nəticəsində yüzlərlə soydaşımız həbs olunaraq müxtəlif təzyiqlərə məruz qalıb. Hələ də etirazlarin davam etdiyi bir vaxtda fars şovinist rejimi bütün tələbləri qulaqardına vuraraq heç nə etmir, göl isə sürətlə quruyur. Qurumaqda olan gölün yerində isə milyardlarla duz kütləsi əmələ gəlir. Bu da ətraf bölgələri, hətta qonşu ölkələrin əkin yerləri və insanların həyatını ciddi təhlükə qarşısında qoyur. Tehran şəhərini İran parlamentində təmsil edən millət vəkili Müctəba Rəhmandust «Fars» xəbər agentliyinə açıqlamasında Urmiya gölündəki duz sunamisinin paytaxta çata biləcəyilə bağlı xəbərdarlıq edib: «Əgər Urmiya gölündə gözlənilən duz sunamisinin Tehrana çata biləcəyilə bağlı xəbər doğrudursa və ekspertlər bunu təsdiqləyirsə, onda dərhal təcili tədbirlər görülməlidir. Əgər bu doğrudursa, məsələni parlamentdə diqqətdə saxlayacağıq». Maraqlısı budur ki, indiyədək problemə səssiz qalan İran rəsmiləri Tehranın təhlükədə olduğunu hiss edincə Urmiya gölündəki ekoloji fəlakətin aradan qaldırılması üçün təcili tədbirlər görülməsi barədə danışırlar. Urmiya şəhərini İran parlamentində təmsil edən azərbaycanlı millət vəkili Nadir Qazipur isə növbəti dəfə Urmiya gölündəkib böhrandan danışıb. O, İran parlamentdəki çıxışında deyib ki, Urmiya gölündəki problemi həll etmək üçün kifayət qədər vəsaitə və dövlətlə parlamentin birgə hərəkət etməsinə ehtiyac var: «Urmiya gölü ölkənin əsas böyük göllərindən biridir. Ancaq bu göl hazırda məhv olmaqdadır və əgər gec hərəkətə keçsək, artıq ondan əsər-əlamət qalmayacaq». Hadir Qazipur Urmiya gölünün quruyacağı təqdirdə duz sunamisinin baş verəcəyilə bağlı da xəbərdarlıq edib: «Mütləq Araz çayından Urmiya gölünə su gətirilməlidir.

Xatırladaq ki, Urmiya gölü əsasən gölə tərəf axan çayların üzərində sədlər tikildiyinə görə artıq qurumaq üzrədir. Mütəxəssislər gölün son nəfəsini verdiyi barədə həyəcan təbili çalır, milyonlarla azərbaycanlı isə uzun illərdir gölü xilas etmək üçün mübarizə aparır. Lakin təəssüflər olsun ki, bu günə qədər fars şovinist rejimi heç bir əməli addım atmayıb.

XC

 

دیدگاه شما

افزودن نظر

 3.jpg

çox baxılanlar- keçən 6 ayda

Baxıcı

mod_vvisit_counterBugün58
mod_vvisit_counterDünən106