Urmiye Gölündə Bulunan ‘Artemia Urmiana’nin Nəsli Tükəndi PDF چاپ نامه الکترونیک
دوشنبه ۲۴ مهر ۱۳۹۱ ساعت ۰۱:۴۰

AZOH: Urmiye Gölünün bütünüilə ölməsi yaxındır, ancaq bu ölüm 10 il bundan öncədən bugünə qədər çeşidli yollarla səsləndırlməktədır, bu səslərə rağmən iran dövləti Urmiye Gölü haqqında o qədər ilgisiz və bəlli amacla davrandı ki Urmiye Gölünün bugün 70% qurudu, eləcə bir çox Canlıda Urmiye Gölü Suyu və Adalarında Yaşamını Susuzluq və ekolojik pis durum nədənilə itirdi, bu canlıların ən önəmlisi ’Artemia Urmia’dır. Artemia Urmiana dışında minlərəcə Flamingo, Maral, Qızılıquş, Pelikan(qutan), Köçər Quşlar vs də Urmiye Gölü və Adalarından həmişəlik köçdülər.  yaxın illərdə Flamingo balalarının Duza batmış Görüntüləri dəfələrə medyada paylaşıldı, Urmiye Gölü adalarında bulunan Maralların durumu heçdə yaxşı dəyildir…

Urmiye Gölü quruamsı haqqında illərdir Doğa və Çevre Uzmanları iran dövlətini uyarmaqdadırlar ancaq hələ heç bir addım atılmayıb.

Iranin tanınmış Doğa və Çevre uzmanı olan İsmayıl Kəhrom iran islam Devrimindən Öncə Urmiye Gölü və çevresində bulunan heyvanlar haqqında bir bəlgəsəl üzərinə çalışmış, ona Görə bu bəlgəsəl Urmiye Gölünün dünəni və bugününün yansıtan ən önəmli qaynaqdır.

Artemia Urmiana Nəsli Tükəndi

Kəhrom CHN düşərgəsilə verdiği raporda Urmiye Gölnün Qurumasının etgilərindən birisini Artemia Urmiana’nin nəslinin tükənməsini söyləyib və eləcə Urmiye Gölündə bulunan Artemia’nın nəslinin tükəndiğiini söyləyibdir. Dünyada 6 Tür Artemia yaşamaqdadır və Urmiye Gölündə bulunan Aretmia dünyada yanlız Urmiye Gölündə yaşamaqdadır. Urmiye Gölündə bulunan Aretmia Urmiana hər litrədə 60-80 Gr Duzlu suda yaşaya bilər ancaq Urmiye Gölündə Duz oranın o qədər yüksək olub ki Artemia bilə suda yaşaya bilməməktədir. 1352 ci ildə Urmiye Gölündə bulunan Artemia’nin durumu ən yaxşı bir ölçüdə dəvam etməktəydi ancaq bugün Artemia diyə bir canli Urmiye Gölündə görünməməktədir.

Yosunlarında Nəsli Tükəndi

Urmiye Gölündə 14 tür yosun yaşmaqdaydı ancaq duz oranının çox olduğu üçün Yosunların nəsli tükəndi. Urmiye Gölü çeşidli yosunları suyun ən dərın yerlərində yaşamaqdaydı və bəlli zamanlar bu yosunlar çiçək verdiğin Urmiye Gölünün suyu çeşidli rənglərdə görülməktəydi.

Flamingolar Duzda

Urmiye Gölü adalarında bulunan Flamingolar və Köçər olaraq Urmiye gölünə gələn Flamingolarda Urmiye Gölü qurumasından etgilənərək daha bu bölgədə görülməməktədilər. Eləcə Urmiye Gölündə barmaq sayısında görünən flamingolarda Duza bataraq yaşamlarının itirməktədilər. Qış fəslində Urmiye Gölü adalarında çox sayıda Flamingo və Pelikan(qutan) dünyanin çeşidli bölgələrindən gəlməktəydi ancaq Urmiye Gölü quruduqdan sonra bu köçər quşların heç birisi bölgədə görülməməktədir.

Tuğralı və bilimsəl sayılara Görə Urmiye Gölündə bir zamanlar 40.000 Flamingo və 20.000 Pelikan(qutan) bulunmaqdaydi ancaq illərdir Urmiye Gölündə barmaq sayısında olsa bilə bu quşlar görülməməktədir. Bir zamanlar Urmiye Gölündə köçər olaraq 130 tür quş yaşamaqdaydı ancaq bugün bu sayı barmaq sayısındadır.

Marallar Qaçqın

Urmiye Gölü quruduqdan sonra Adalarda bulunan Marallar Suyun duzlu olduğu üçün və bölgədə yemək bulamadıqlarından dolayı Kəndlərə axın etməktədirlər. eləcə Marallar bir çox kəndə yaxınlaşaraq yanlız bölgə Ulusu yardımıla yaşamaqdadırlar.  Iran çevre və Doğa örgütnün bilgilərinə Görə Urmiye Gölü adalarından 350 Maral ölüm təhlükəsilə qarşıdır.

 

دیدگاه شما

افزودن نظر

 3.jpg

çox baxılanlar- keçən 6 ayda

Baxıcı

mod_vvisit_counterBugün41
mod_vvisit_counterDünən37