Urmu Gölü Faciəsi, İsveçin İnsan Haqları Forumunda PDF چاپ نامه الکترونیک
يكشنبه ۲۴ دی ۱۳۹۱ ساعت ۱۷:۳۳

AZOH: İsveçin insan haqları forumu Urmu gölü faciəsi ilə tanış oldu. Səccad Radmehr (Duman Savalan) Noyabr ayının 13-də Forumda iştirak edərək, Urmu gölü haqda çıxış etdi. İran Üzrə demokrası və insan haqları cəmiyyətinin dəvəti ilə forumda çıxış edən Duman Savalan bu qonulara toxundu:

Urmu gölü faciəsinin əbadı: Duman Savalan Urmu gölünü tanıdandan sonra onun indiki kritik durumunu açıqladı. Aral gölünün durumuna işarə edən çıxışçı, Urmu gölünün faciəsini daha təhlükəli dəyərləndiridi: “Duz qilzətinin yüksək olması və ondan dolayı düz tufanlarının yaranması sadəcə gölün ətrafında yaşayan 13 milyon Azərbaycanlının yaşayışı deyil, bəlkə qonşu ölkələri də öz mənfi təsiri altına alacaq.

Orta doğuda çevrə üzrə ilk ayaqlanmalar: Urmu gölünün qurudulmasına etiraz olaraq, Azərbaycanın Təbriz və Urmu şəhərlərində baş verən qiyamlara işarə edən Duman Savalan, bu qiyamları Ortadoğuda çevrə üzrə ilk qiyamlar olduğunu bildirdi. Bu qiyamlatr göstərir ki, bu məsələ əhali üçün nəqədər kritikdir, Duman Savalan dedi.

İran rejimin hədəfi: Verilən soruların biri İran rejiminin Urmu gölü haqda göstərdiyi ehmalın səbəbi idi ki Duman bəy belə cavabladı: “əvvəllər belə nəzərə gəlirdi ki, bu məsələ İran rejiminin becəriksizliyi və qeyri təxəssüsi işlərinin nəticəsidir. Ama iki il qanlı etirazlara baxmayaraq, İran rejiminin bu məsələyə etinasız qalması əhalidə bu şəbhəni gücləndirib ki bu iş İran rejimi tərəfindən planlı olaraq, Azərbaycanlıları köçdürmək üçün edilmişdir.

Nə istəyirik: Duman Savalan çıxışın sonunda faciənin çarəsi haqda dedi ki: “uluslararası basqı vəsilə ilə İran rejimi məcbur edilməlidir ki, barajların dalındakı suyun ən azı 30 faizini gölə buraxsın. Ayrıca, BMT nəzarəti altında uzman bir komitə oluşması ilə, faciənin çıxış yolları araşdırılmalıdır, dedi Duman Savalan.

Danışığın yanısıra, Urmu gölü haqda bruşur və şəkillər, habelə Azərbaycanlı dustaqların şəkilləri nümayiş edildi.

İsveçin insan haqları forumu, bu sahədə avrupanın ən böyük forumlarından biridir. Forum hər il İsveçin şəhərlərinin birinidə keçirirlir. Bu il İsveçin Gothenburq şəhərində keçirilən forum, iki günül olaraq, konferans və sərgi bölümündə qurulmuşdı. Forum Noyabrın 12 və 13-də keçirildi və yüzə yaxın uluslararası qurum- quruluşa ev sahibliyi etdi.

Duman Savalan

http://www.kafkassam-merkez.com/index.php?act=content&id=7793&id_cat=4

 

دیدگاه شما

افزودن نظر

 3.jpg

çox baxılanlar- keçən 6 ayda

Baxıcı

mod_vvisit_counterBugün9
mod_vvisit_counterDünən17