“SOROS” təmsilçisi ilə Güney Azərbaycan mevzusu və sorunları haqda önəmli bir görüş geçirmişler PDF چاپ نامه الکترونیک
سه شنبه ۲۱ آبان ۱۳۹۲ ساعت ۰۳:۱۲

Güney Azərbaycan milli fəallarından bir qurub Güney Qafqaz və insan haqları “SOROS” (Açıq toplum enstitusu) təmsilçisi ilə Güney Azərbaycan mevzusu və sorunları haqda önəmli bir görüş geçirmişler.

Güney Azərbaycan milli fəalalrından bir qurub Güney Qafqaz və insan haqları “SOROS” (Açıq toplum enstitusu) təmsilçisi ilə Güney Azərbaycan mevzusu və sorunları haqda önəmli bir görüş geçirmişler.

AZOH’ un verdiyi bilgilərə görə, bu görüş İyiulun 8’də SOROS’un Brukseldəki binasında qurumun temsilçisi olan xanım “Jacqueline Hale“ G.Azərbaycanlı heyət ilə görüşməyi qəbul etmiş.

Xanım Jacqueline Halequrumun Orta Asiya və Güney Qafqazda İnsan haqları və Enerjidən sorumlusudur və bu qurumda çalışmadan öncədə Avrupa parlementosunda və Birləşmiş Millətlər təşkilatında araşdırmacı olaraq uzun illər fəaliyətlər etmişdir.

Bu görüşdə çox önəmli məslələr müzakirə edilmiş və xanım Hale bu qurumun ilk kəz olaraq Güney Azərbaycanlı bir heyət ilə görüşdüklərinidə bəyan etmiş.

G.Azərbaycanlı heyət görüşün başında G.Azərbaycanda 35 milyondan fazla Türklərin yaşadığını qeyd etdiklərində xanım Hale bu sayının 21 milyon civarında olduqlarını eşitdiklərini söyləyərək, arada ki bu say fərgqinin səbəbini heyətə sorduğunda, heyətin bu soruya cavabı belə olmuşdur ki,

İran rejiminin siyasətlərindən olan, G.Azərbaycan bölgəsini bir neçə ostana(Rayon) bölməsi, o bölgədəki türkləri məcburi şəkildə fars bölgələrinə köç etmələrinə zorlayan siyasətləri və rejimin saxta sayılar ortaya çıxardaraq irandaki türklərin sayısını az göstərməyə çalışmaqdadır deyə cavablandırmışlar. Bunun yanı sıra iran xarici işləri nazirinin Türkiyə səfərində “ iranda əhalisinin %40 dən çoxu türkçə danışırlar” sözünüdə xatrılatmışlar.

Görüşmənin davamında heyət G.Azərbaycandaki artan basqılar və son tutqlamalar haqda, özəlliklə Yeni GAMOH lidərlərindən olan Dr.Lətif bəy Həsənli, Yürüş bəy Mehrelibəyli, Behbud bəy Qulizadə, Şəhram Radmehr və Mahmud bəy Fəzli’nin toplam 45 il həspə məhküm edildikləri və eləcədə digər öncülərimizdən oaln Səyid Mətinbur, Həsən Ərk, Oxtay vəlizadə və digər tutuqlular haqdada hazırladıqları raporu təqdim etmişlər. Eləcədə Urmu gölü haqdada geniş bilgilər verərək gölün durumunun getdikçə pisləşdiyini və qorudulmasına diqqət çəkərək bu haqdada hazırladıqları geniş və bilmsəl raporlarınıda xanım Hale’yə təqdim etmişlər və xanım Hale də bu raporu qurumun Çevrəci bölümünə göndərəcəyini bəyan etmiş.

Görüşdə Soros qurumunnun numayəndəsi xanım Hale irandaki pırezdent seçkilərinə işarət edərək Ruahinin seçilmesinin iranın və eləcədə G.Azərbaycan üçün nə kimi dəyişikliklər gətirəbiləcəyinidə soruşmuşdur.

G.Azərbaycanlı heyət bu suala qarşı öz fikirlərini və baxışlarını dilə gətirərək qeyd etmişlərki yeni pırizdentin seçilməsi əgər iranda ekonumi sorunların bir qısmını həll edəbilsədə, irandaki siyasi məhbusların özgürlüyünə və eləcədə iranın Atom məsələsi haqda bir dəyişiklik olacağına inanmadıqlarınıda qeyd etmişlər. Heyət bunun yanı sıra iranda Fars opozisyonunun bu seçkilərdə atdıqları addımları, Musəvi və Kərrubini bu opoziyosundan necə uzaqlaşdırılmaları və eləcəde son həftələrdəki aratan edam sayılarınıada diqqət çəkmişlər.

Buna baxmayaraq xanım Hale Həsən Ruhani haqda fikir bəyan etməsi üçün ərkən olduğunu və bu haqda araşdırdığından sora fikirlərini bəyan edəcəyini söyləmiş.

Heyət görüşmənin ilərləyən bölümlərində irandaki son 4 ildə insan haqlarının pozulması haqda hazırladıqları raporu təqdim etmişlər. Xanım Hale bu məslələrin çox önəmli olduğunu dilə gətirərək qısa zamanda araştırıacaqlarını və özünündə bu qurumda sorumlusu olduğu insan haqları bölümündə o tutuqlular haqda addımlar atacaqlarını qeyd etmiş.

G.Azərbaycanlı heyət 1325.ci ildə Azərbaycanlılara qarşı edilən soyqırım haqda bilgilər verərkən o illərdə çox sayıda tutuqlamalar və basqılara işarə edərək bir çeşid yumuşaq soyqırım olduğunu bəyan etdiklərində xanım Jacqueline Halebu yanaşmaya etiraz olaraq bunları soyqırım olaraq elan etmək yalnış və məntiqsiz olabilər diyə işarə edincə, heyət xanım Hale’nin bu etirazına cavab olaraq, şah rejiminin 1325 də 30 mindən çox silahsız və dinç insanları qətl etdiyini və s... xatırlatdıqdan sora xanım Hale bu eşitdiklərindən şok olduğunu və bu günə qədər bu haqda bilgiləri sahib olmadığını bildirmiş və ardından iran şahının oğlu və yanındakilər heç vaxt bu olaylara deyinmədilər və hər zaman demokrasi yanlı olduqlarını bildirməyə çalışdılar. Xanım Hale bu haqda bir neçə soru sorduqdan sora bu məsləni şəxsən araşdıracağınıda bildirdi.

Bu görüşmə 1 saatdan uzun sürdü və danışılan məslələr haqda bir çox sənədlər və raporlar qurumun təmsilcisi olan xanım Jacqueline Hale’ yə təqdim edildikdən sonra bitmişdir.

Bu görüşmədə Mahmud bəy Bilgin(Güney Azərbaycan Demokrat partiyası sözçüsü), Əmir bəy Mərdani(Azərbaycan Öyrənci Hərəkatı-AZOH sözçüsü) və Ayda xanım Kərimli (Güney Azərbaycan qadın haqları fəalları) iştirak etmişlər.

Güney Azərbaycanlı heyət bu yaxın günlərdə Avrupa parlemento nümayəndələrindən bir neçəsı ilə görüş geçirəcəklər ki raporu hazırlandıqca yayımlanacaqdır.

Qeyd edək ki “SOROS” qurumu (Open Society Institute - OSI) 1993 də qurulmuşdur və bu bu qurumun hədəfləri dünya ölkələrində Açıq toplum enstitusları qurmaq və qorumaqla demokrasının və insan haqlarının savunması və gücləndirilməsi yanı sıra sağlıq və ekonumidə də geniş fəaliyətləri vardır.

“SOROS” dünyanın 30dan çox ölkəsində (Azərbaycan, Özbəkistan, Ermənistan, Okrayna, Rusya, Gürcüstan, Molduva, Qazaxistan və s...) təmsilçiləri fəaliyet etməkdələr.

http://kafkassam-merkez.com/index.php?act=content&id=9727&id_cat=4

http://www.aznews.az/site/index.php?c=news&id=30419

http://www.bao.az/index.php?mid=2315

 

دیدگاه شما

افزودن نظر

 3.jpg

çox baxılanlar- keçən 6 ayda

Baxıcı

mod_vvisit_counterBugün14
mod_vvisit_counterDünən20