Güney Azərbaycan məsələsi Avropa Parlamentində müzakirə olunub PDF چاپ نامه الکترونیک
سه شنبه ۲۱ آبان ۱۳۹۲ ساعت ۰۳:۱۳

Cümə axşamı, 26 sentyabrda Brüssel şəhərində avropa Parlamentinin mənzil qərargahında bir qurup Güney Azərbaycan siyasi təşkilatlarının nümayəndələri Avropa Parlamentinin İran xüsusunda keçirilən iclasda iştirak edərək ilk dəfə olaraq Güney Azərbaycan məsələsi Parlament üzvlərinin müzakirə mövzüsü oldu.

AZOH-un verdiyi məlumata görə iclas ki İran insan hüquqları dialoqu ünvanında İran üzrə xüsusi kommisiyanın sədirliyi ilə Avropa Parlamentində təşkil olundu, taninmış simalardan o cümlədən xanım Barbara Loach Bihler Avropa Parlamentinin insan haqları kommisiyasının sədri, xanım Taria Kronberg A.P-ində İran üzrə xüsusi kommisiyanın sədri, cənab Roberto Olmy Avropa Birliyinin xarici siyasət kommisiya katibliyinin birinci direktoru və xanım Kathrein Eshton-un nümayəndəsi, cənab Putito Salato A.Parlamentində İran üzrə xüsusi kommisiyanın vitse-Prezidenti, cənab andrey Gerjheb A.Parlamentinin insan haqları kommisiyanın vitse-Prezidenti, cənab Marino Bosdakhin UNPO-nun prezidenti ve beynəlxalq Əfv komitəsinin nümayəndəsi iştirak etmişdilər.

Bir saatlıq topantıda çoxlu sayıda Parlament üzvləri və siyasi müşavirlərin hüzurunda İranda yaşayan millətlər, Urmu gölü və Güney Azərbaycan siyasi məhbuslar haqda müzakirə olundu.

UNPO-nun prezidenti ilk çıxışcı olaraq İranın yeni durumuna işarə edərək İranda keçirilən prezident seçkilərinin saxta olduğunu bəyan edib və Həsən Ruhanini İranın dini liderinin iradəsiz aparıcısı olduğunu deyib. O həmçinin İranda yaşayan millətlərin çətin vəziyyətlərinə toxunaraq bu millətlərə qarşı yürüdülən ərqçı siyasətləri pisləyib. Cənab Bosdakhin Urmu gölü faciəsi və gölün qurudulması və gölün bugünkü nvəziyyətinin nəticəsini İran rejiminin məsuliyyətsizliyindən irəli gəldiyini və gölüə tökülən suların qarşısında bənd vurulduğunu bildirib. O Urmu gölünün 70 faizdan çox quruduğunu və bu fəlakətdən milyonlar insan zərər görəcəyini xatırladıb. UNPO-nun prezidenti İranda yaşayan qeyri-Fars millətlərin siyasi məhbuslarının qeyri insani durumları haqda danışıb və Yeni GAMOH-un mərkəzi komitəsinin 5 üzvü-nün durumları və onlara qarşı tətbiq olunan şikəncə və təzyiqlərdən öz narahatçılığını bildirib.

Toplantıda həmçinin cənab Roberto Olmy Avropa Birliyinin xarici siyasət kommisiya katibliyinin birinci direktoru və xanım Kathrein Eshton-un nümayəndəsi İrandaki insan haqlarına işarə edərək İran rejimini bu xüsusda məsul olduğunu bildirib.

Xatırladaq ki UNPO-nun dəstəilə “İranda Yaşayan millətlər” haqda toplantının dəvamı gələn həftə çərşənbə günü Güney Azərbaycan nümayəndə heyətinin iştiraki ilə Avropa Parlamentində keçiriləcək və toplantının ilk çıxışcısı olaraq Güney Azərbaycan heyətinin nümayəndəsi olacaq.

Bu iclasda GADP-nin sözcüsü sayin Mahmud bəy Bilgin, AZOH-un sözcüsü sayın Əmir bəy Mərdani və Azərbaycan qadın milli fəal hörmətli Ayda xanım Kərimli iştirak ediblər.

 

دیدگاه شما

افزودن نظر

 3.jpg

çox baxılanlar- keçən 6 ayda

Baxıcı

mod_vvisit_counterBugün11
mod_vvisit_counterDünən13