AZOH və GADP-nin nümayəndələri Avropa parlamentinin İran üzrə xüsusi komissiyasının sədr müavini ilə görüş keçiriblər PDF چاپ نامه الکترونیک
سه شنبه ۲۱ آبان ۱۳۹۲ ساعت ۰۳:۱۴

GADP: Çərşənbə axşamı 3 sentyabr Güney Azərbaycanın iki siyasi təşkilatlarının nümayəndələri Brükseldə Avropa parlamentinin mənzil qərargahında Avropa parlamentinin İran üzrə xüsusi komissiyasının sədr müavini xanım Kornelia Ernest ilə görüşərək Güney Azərbaycanın problemləri və milli tələbləri haqda açıqlama verərək Avropa ölkələrinin Güney Azərbaycan millətinə daha çox yardımcı olmalarını tələb ediblər.

Bu görüşdə xanım kornelia Ernest İranın irqçı siyasətlərinin dayandırılması üçün İrana qarşı mexanizmlər və təzyiq tətbiq yollarına işarə edərəkGüney Azərbaycan mövzüsü və mətrəh olunan mövzular komissiyanın ciddi nəzarətində olacağını vurğulayıb.

O həmçinin Bəluç və Kürd nümayəndələri ilə görüşlərinə işarə edərək Güney Azərbaycan sahəsində müvafiq fəaliyyətlərin olmamasından tənqid edib. O İranda türklərin əksəriyyət olduqlarını və geçən aylarda Güney Azərbaycan nümayəndələrinin Avropa parlamentinin üzvləri ilə görüşlərinə işarə edərək bəyan edib ki bundan sonra bu heyət ilə muzakirələr daha geniş şəkildə dəvam edəcək.

Avropa parlamentinin İran üzrə xüsusi komissiyasının sədr müavini xanım Kornelia Ernest ilə 1.5 saatlıq görüşdə mətrəh olunan məsələlərdən, Güney Azərbaycanda geniş miqyasda Azərbaycanlıların həbsi, uzun müddətli həbs hökümlərinin sadir olunması və mehbusların ağır şəraiti haqda işarə etmək olar.

Xanım Ernest-ə bu xüsusda tərtib olunmuş cüzvələr və kitabçalar təqdim olunub və O bu məlumatların insan haqları komissiyasına göndərəcəyini və bu məsələnin dalısını tutacağını bildirib. İranda insan hüquqlarının pozulması məsələsi bütün ölkələr üçün maraq doğurduğunu vurquluyan xanım Ernest xatırladıb ki İran bu xüsusda məsuliyyətə cəlb olunub və muhakimə olmalıdır.

Lakin görüşün əsas hissəsi Urmu gölünün durumu və onun faciəli nəticələrinə həsr edilib. Avropa parlamentinin xüsusi komissiyasının sədr müavinin Urmu gölünün qurumasının səbəblərini soruşaraq İranın nüvə məsələsi və Azırbaycanlıları məcburi və planlaşdırılmış şəkildə köçürmə və bu fəlakətin nəticələrinə işarə edib və bu faciənin komissiyon tərəfindən sürətlə diqqətə alınmasını vurğulayıb.

Güney azərbaycan təşkilatlarının nümayəndələri Urmu gölü haqda bir sıra sənəd və mədrəklər, bukletlər, kitabçalar və şəkillər xanım Ernest-ə təqdim edib və onu bu mövzü haqda yeni informasiyalar ilə tanış ediblər. O İsveçdə Urmu gölü ilə bağlı İsveç partiyalarının nümayəndələrinin iştiraki ilə keçirilən foto sərgi haqda məlumat aldıqdan sonra bu işin əhəmmiyyətli olduğunu və Avropanın digər şəhərlərində icra olunmasını xatırladıb və bu Azərbaycan nümayəndələrinin Avropa parlamentində belə sərgilərin keçirilməsi üçün zəruri tədbirlərin təmin edəcəyini bəyan edib.

Xatırladaq ki bu görüşdə GADP-nin sözcüsü sayin Mahmud bəy Bilgin, AZOH-un sözcüsü sayın Əmir bəy Mərdani və Azərbaycan qadın milli fəal hörmətli Ayda xanım Kərimli iştirak ediblər.

 

دیدگاه شما

افزودن نظر

 3.jpg

çox baxılanlar- keçən 6 ayda

Baxıcı

mod_vvisit_counterBugün13
mod_vvisit_counterDünən13