İsveç parlamentində Urmu gölü sənədi چاپ
شنبه ۱۴ آبان ۱۳۹۰ ساعت ۰۰:۱۶

AZOH: İsveç Yaşıllar Partiyası və "Azər" cəmiyyəti bu ölkənin parlamentinə Urmu gölüylə bağlı layihə təqdim edib. Layihədə İsveç parlamenti Urmu gölüylə bağlı dövləti aktiv fəaliyyətə çağırır. Təklif İsveç Yaşıllar Partiyasının parlamentdəki nüfuzlu millət vəkili, xanım Bodil Ceballos tərəfindən hazırlanıb. Xatırladaq ki, İsveç Yaşıllar Partiyası ölkənin üçüncü ən böyük siyasi qüvvəsi sayılır. Eyni zamanda İsveç Yaşıllar Partiyası ilə yanaşı, "Azər" cəmiyyətinin üzvü Eyvaz Modabber tərəfindən də Urmu gölüylə bağlı layihə hazırlanaraq parlamentə təqdim edilib. Sənəddə İsveç hökuməti tərəfindən İran hakimiyyətindən ciddi şəkildə Urmu gölünün qurudulmasının qarşısının alınmasıyla bağlı tədbirlər görməsini tələb etməsi istənilir. Eyni zamanda layihədə Urmu gölü və Azərbaycan türklərinin son etirazları haqda kifayət qədər məlumat verilir.

XALQ CEBHESI