Qərbin gözü kordurmu چاپ
شنبه ۰۲ ارديبهشت ۱۳۹۱ ساعت ۱۰:۲۴

AZOH: Sabah Xocalı qətliamının 20-ci ildönümüdür. Türkiyə ictimaiyyəti və mediası Azərbaycanın XX əsr tarixinin ən qanlı faciəsi olan bu olaya böyük həssaslıqla yanaşır. "Hürriyet" qəzetinin baş yazarı Taha Akyolun bu günkü yazısı da Xocalı faciəsinə həsr olunub. "Xocalı qətliamı" adlı yazının tam mətnini tənqid edirik.

"Sabah Xocalı qətliamının iyirminci ildönümüdür. 26 fevral 1992-ci ildə Sovetlərdən qalma 366-cı motoatacı alayın dəstək verdiyi Ermənistan Silahlı Qüvvələri Azərbaycanın Xocalı şəhərinə girərək qətliam törətmişdilər.

Qətliamı törədən Ermənistan qüvvələrinin komandanlarından biri bu günkü prezident Sərkisyandır.

Xocalı Dağlıq Qarabağda, hakim bir təpənin üstündə yerləşən bir Azərbaycan şəhəriydi. Strateji mövqeyə sahib olan Hocalıya girmək üçün Sovet alayının dəstək verdiyi Ermənistan qüvvələri Azərbaycanın öz topraqları olan Kəlbəcər və Laçın rayonlarını işğal edərək Qarabağa girmişdilər. Burada Xocalını ələ keçirən Ermənistan birlikləri hücuma davam edərək yenə Azərbaycanın öz toprağı olan Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli və Ağdam rayonlarını da işğal edib.

Xocalıda qadın və uşaqlar da daxil olmaqla 613 Azərbaycan türkü qətlə yetirilib, etnik təmizləmə nəticəsində Xocalı "ölü şəhər"ə çevrilib. İşğal edilən Azərbaycan torpaqlarında yaşayan 1 milyon azərbaycanlı qaçqın düşüb, Azərbaycanın mərkəzi bölgələrinə sığınıb.

21-ci əsrdəyik, işğal hələ davam edir və qaçqınların uşaqları artıq 20 yaşına gəlib.

QƏRBİN GÖZÜ KORDURMU?

"Hürriyet"in arxivində o günün qəzetlərinə baxdım. Qətliamı dünyaya çatdıran İrfan Sapmaz Azərbaycan birliklərinin qəhrəmancasına müqavimətinə baxmayaraq Sovet motoatacı alayının dəstəyilə hücum edən Erməni qüvvələrinin törətdiyi Xocalı qətliamından xəbər verir. Şəkillərdən birinin altında da "Qərbin gözü kordurmu?" deyə yazır.

Bəli, bütün məsələ bu sualda düyünlənir.

Zəmanəmizdə hərbi qüvvə və qətliamla işğal edilib, bu işğalın 20 il davam etdirildiyi yeganə nümunə budur.

Bir müsəlman və ya Şərq ölkəsi bir xristian və ya Qərb ölkəsini işğal etsəydi, hələ Qafqazda Azərbaycan bir santimetr erməni toprağını işğal etsəydi, nə olardı, bir düşünün!

Bir üzündə demokratiya və insan haqları olan Qərbin o biri üzündəki şovinist və xaçpərəstlik fanatizminin xəcalət verici sübutudur bu faciə...

HƏM XOCALI, HƏM SARKOZİ

Qarabağ məsələsinin həlliylə bağlı yaradılan Minsk Qrupu deyilən üç dövlətdən ikisi Rusiya və Amerikadır, bölgəylə əlaqələri və dünya siyasətindəki ağırlıqları səbəbilə bunu anlamaq mümkündür. Amma üçüncü dövlət niyə Fransadır?! Bax, bunu anlamaq və qəbul etmək mümkün deyil.

Fransa yalnız parlamentiylə deyil, icraedici orqanı olan hökuməti və prezidentiylə bu məsələdə tərəfsizlik bir tərəfə, düşməncəsinə mövqe tutub. Türkiyə ilə Azərbaycan və dost dövlətlər Fransanın Minsk Qrupundakı mövcudluğunu rədd etməlidir!

Türkiyəyə qarşı aparılan "soyqırım" kampaniyasıyla Azərbaycan torpaqlarındakı işğal eyni strategiyanın elementləri olduğu kimi, məsələnin həlli də eyni şəkildə bir-birinə bağlıdır: işğala son qoyulması və ədalətli sülh sazişinin imzalanmasına paralel olaraq Türkiyənin və Azərbaycanın Ermənistanla dostcasına əlaqələr qurması, sərhədlərin açılması...

Sabah saat 14:00-da İstanbuldakı Taksim Meydanında keçiriləcək mitinqdə "bir millət, iki dövlət" həm Xocalı qətliamına, həm də Sarkoziyə etiraz edəcək...

TRT