Urmiye Gölünün 70% Qurumaq Nedeni Tikilen Seddler چاپ
دوشنبه ۲۴ مهر ۱۳۹۱ ساعت ۰۱:۳۸

AZOH: sonunda iran dövlətinin bir yetkilisi Urmiye Gölünün gərçək qurumaq nədənini açıqladı, eləcə bugün iran dövlət medyasinda yayınlanan xəbərə Görə Urmiye Gölünün 70% qurumaq nədəni tikilmiş səddlərdir. Iran dövləti medyası Urmiye Gölünün qurumaq nədənini açıqlamış ancaq iran dövlətinin Urmiye Gölünü qoruması üçün atacağı addımdan heç bir söz aparmamışdır, görüldüğü kimin iran dövləti Urmiye Gölünü qorumaq üçün heç bir tasarısı yoxdur və yanlız zamanı yandırmaqdadır.

Təbriz Bilimyurdunun Çevreilə ilgili sorumlu üyəsi Urmiye Gölü ilə ilgili çalışdıqları bir bilimsəl raporun sonuclarını açıqlamışdır, eləcə bu bilimsəl çalışamda iqlim dəyişikliği Urmiye Gölünün qurumasında bir o qədər etgili olmadığı görülməktədir və tərsinə Urmiye Gölünün birinci və ən önəmli Quruamq nədəni tikilən səddlər görülməktədir.

Dr. Əli Məhəmməd Xorşidiyə Görə 1993 dən 2011 dək Urmiye Gölünün suyu 7 metr Azalmışdır və bu sürəcin ardı olmaqla birlikdə Urmiye Gölü çox yaxın zamanda bütünlüklə quruyacaqdır. Urmiye Gölünün qurumağından insani nədənlər ön plandadır.

Xorşidiyə Görə iqlim dəyişklərinin Urmiye Gölündə etgisini daha azaltmaq üçün önləyici işlər görülməlidir, ötə yandan Quraqlıqıda bölgədə önləmək üçün dövlət çox çeşidli və modern yöntəmlərlə bu işi önləməlidir.

Bilimsəl verilərə Görə Urmiye Gölü su hövzəsində bir neçə il olur Yağış oranı normaldır ancaq Urmiye Gölü quruması bütün sürətlə dəvam etməktədir. Bilimsəl verilər Urmiye Gölünün quruamsını 70% tikilən səddlər və 30% olaraq qurqalıq və iqlim dəyişikliği olaraq göstərməktədir. 

ən çarpıcı olay Urmiye Gölü haqqında iran dövlətinin uzun sürəli bilimsəl veriləri olmamasıdır və bu olay Urmiye Gölünün hansı bir sürəcdə olduğunun qanıtlamaq üçün durumu daha zorlaşdırmaqdadəır

urmia news.